Hava şəraiti kəskin dəyişəcək

Hava şəraiti kəskin dəyişəcək
  11 Sentyabr 2017    Oxunub:2255
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

AzVision.az


Teqlər: Hava   Yağış  





Xəbər lenti