Gədəbəydə intihar edən qadının son məktubu tapıldı

  11 Sentyabr 2017    Oxunub : 9027
Gədəbəydə intihar edən qadının son məktubu tapıldı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Gədəbəydə qadın özünü güllələyib. Hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Kənd sakini 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb.

Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Bütün tibbi müdaxilələrə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Samanlıq kənd cira nümayəndəsi Nüsrət Məmmədov AzVision.az-a açıqlamasında qadının intihar səbəblərinə aydınlıq gətirib:

“20 ildən çox idi ki, onlar evli idilər. Bildiyimizə görə onların heç bir ailə daxili münaqişləri, maliyyə problemləri də olmayıb. Sadəcə olaraq onların heç vaxt övladları olmayıb. Məhz buna görə də hər iki tərəf bir az sıxıntı keçirirdi.

Qadın intihar etməmişdən öncə məktub yazıb və stolun üzərinə qoyub. Yazıb ki, mənim ölümümdə heç kəs günahkar deyil. Sadəcə olaraq bu həyatdan bezmişəm. Yaşaya, nəfəs ala bilmirəm. Həyat çox amansızdır. Ona görə ölmək istəyirəm. Heç kəs məni qınamasın...Qadının heç bir psixi xəstəliyi də olmayıb”-deyə kəndin icra nümayəndəsi qeyd edib.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: Gədəbəy   intihar