Bakıda quldurluq edən şəxslər tutuldu

Bakıda quldurluq edən şəxslər tutuldu
  11 Sentyabr 2017    Oxunub:1717
Bakıda quldurluq hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 8-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasovu bıçaqla hədələyərək içərisində 700 manat olan pulqabısını alıb.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Şükürlü və Balabəy Məhərrəmov tutulublar. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   quldurluq  





Xəbər lenti