Nardaran hadisələrinə görə həbs edilən 14 nəfər azadlıqda

Nardaran hadisələrinə görə həbs edilən 14 nəfər azadlıqda
  11 Sentyabr 2017    Oxunub:3927
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.AzVision.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

AzVision.az


Teqlər: Nardaran   həbs  





Xəbər lenti