Toydan qayıdanlar qəzaya düşdü: ölən və yaralılar var

Toydan qayıdanlar qəzaya düşdü: ölən və yaralılar var
  12 Sentyabr 2017    Oxunub:2688
Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.
"VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb. Ölən "VAZ"ın sürücüsüdür. "Mercedes"in sürücüsü isə xəsarət alıb. Digər yaralının hansı maşında olduğu bilinmir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yol qəzasının bəzi təfərrüatları, həmçinin ölən və yaralananların adları məlum olub. Hadisə eyni toyda iştirak edən maşınların toqquşması nəticəsində baş verib. Maşınlardan biri toydan çıxıb evə gedən zaman digər avtomobil həmin şənlikdə iştirak edən qızını götürməyə gəlirmiş.

Qəza zamanı "VAZ-2106" markalı minik maşınının sürücüsü Əliyev Qalib Fərəməz oğlu ölüb, qızı Əliyeva Rumiyyə isə xəsarət alıb. Digər yaralı isə "Mercedes"in sürücüsü Rzayev Zaur Kamal oğludur. Onların hər üçü Lənkəran rayon Avrora kənd sakinləridirlər. (Report)

AzVision.az



Teqlər: Lənkəran   qəza  





Xəbər lenti