Düz bağırsağında narkotik keçirmək istədi

Düz bağırsağında narkotik keçirmək istədi
  12 Sentyabr 2017    Oxunub:1362
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə AzVision.az-a DGK-dan məlumat verilib.

Nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   narkotik  





Xəbər lenti