Ötən gün 5 qəza olub - 5 ölü, 21 yaralı

Ötən gün 5 qəza olub - 5 ölü, 21 yaralı
  12 Sentyabr 2017    Oxunub:1552
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 84 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 41 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   qəza   cinayət  





Xəbər lenti