Biləsuvarda yanğın, 1 nəfər tüstüdən zəhərlənib

Biləsuvarda yanğın, 1 nəfər tüstüdən zəhərlənib
  14 Sentyabr 2017    Oxunub:1796
Biləsuvarda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Biləsuvar  





Xəbər lenti