Aşıq Ədalət Bakıda dəfn edilməyəcək - Yenilənib

Aşıq Ədalət Bakıda dəfn edilməyəcək - Yenilənib
  15 Sentyabr 2017    Oxunub:6343
Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

***
(19:25)

Sabah Azərbaycanın əməkdar incəsənət xadimi Aşıq Ədalətlə vida mərasimi keçiriləcək.

AzVision.az xəbər verir ki, mərhumla vida mərasiminin saat 12:00-da oğlunun evində keçirilməsi nəzərdə tutulur.

Vida mərasimindən sonra Aşıq Ədalət paytaxtda yerləşən məzarlıqlardan birində son mənzilə yola salınacaq.

Hələlik dəfnin yeri ilə bağlı konket qərar verilməyib.

Qeyd edək ki, Aşıq Ədalət bu gün 78 yaşında dünyasını dəyişib.

AzVision.az



Teqlər: Aşıq-Ədalət  





Xəbər lenti