Ötən gün 8 qəza olub: 6 ölü, 15 yaralı

Ötən gün 8 qəza olub: 6 ölü, 15 yaralı
  15 Sentyabr 2017    Oxunub:1484
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az–a verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər tutulub.

AzVision.az





Teqlər: DİN   qəza  





Xəbər lenti