Kürdə batan 6 yaşlı oğlanın meyiti tapılıb

Kürdə batan 6 yaşlı oğlanın meyiti tapılıb
  15 Sentyabr 2017    Oxunub:1551
On gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb.

O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti