Bakı metrosunda məktəblilər üçün aksiya
Bakı metropoliteninin istifadəyə verilməsinin 50-ci ilində azyaşlı sərnişinləri bayram töhfəsi ilə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və digər metropoliten əməkdaşları sevindiriblər.
"28 May" stansiyasının əsas vestibülündən başlayan tədbir daha sonra digər stansiyalarda davam edib. Bilik Günü münasibəti ilə təşkil olunan sosial layihə məktəblilərlə yanaşı, sərnişinlərin də ovqatını yüksəldən hal kimi qarşılanıb.
Bayram tədbiri daha çox bu il birinci sinifə gedən və ibtidai sinif şagirdlərinin ürəyincə olub. Məktəblilər arasında keçirilən maraqlı müsabiqədə metropolitenə aid sualları düzgün cavablandıran birinci sinif şagirdlərinə, həmçinin metropolitendən istifadə edən məktəblilərə hədiyyələr təqdim olunub.
AzVision.az
Teqlər: Bilik-Günü Metro