Şəmkirdə kişi su quyusuna düşərək ölüb

Şəmkirdə kişi su quyusuna düşərək ölüb
  16 Sentyabr 2017    Oxunub:2103
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:13-də başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti