Bakıda polisdən qaçan oğlanı maşın vurdu – FOTO

Bakıda polisdən qaçan oğlanı maşın vurdu – FOTO
  16 Sentyabr 2017    Oxunub:4226
Bakıda oğurluqda şübhəli bilinən gənc polisdən qaçan zaman avtomobillə vurulub.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, rayonun Atatürk prospektində Veteranlar parkı adlanan ərazidə hələlik ad-soyadı məlum olmayan 19 yaşlı oğlan velosiped oğurlamağa cəhd göstərib. Bu zaman nəzarətçi hadisədən xəbər tutub və gənc oğlanın cəhdinin qarşısını alıb.

O, gənci polisə təhvil vermək üçün Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng vurub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Çevik Polis Alayanın əməkdaşları gəlib. Bu zaman oğruluğa cəhd edən şəxs polisdən qaçmağa çalışıb.

Gənc qəfil parkın digər hissəsinə keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Sürücü isə hadisədə günahının olmadığını deyib. Buna baxmayaraq o, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.





AzVision.az


Teqlər:





Xəbər lenti