Bu günə gözlənilən hava proqnozu
![Bu günə gözlənilən hava proqnozu Bu günə gözlənilən hava proqnozu](https://azvision.az/photos/hava-yaz-azeuro_1505547822_1505625896.jpg)
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.
AzVision.az