DİN-dən açıqlama: “Sumqayıt”ın oyunçusu kabel oğurlayıb

DİN-dən açıqlama: “Sumqayıt”ın oyunçusu kabel oğurlayıb
  18 Sentyabr 2017    Oxunub:2084
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda peşəkar futbolçunun həbsi ilə bağlı məlumat yayıb.
AzVision.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Qeyd edək ki, tutulanlardan Nicat Muxtarov “Sumqayıt” futbol klubunun oyunçusudur.

AzVision.az


Teqlər: DİN   Sumqayıt   Oğurluq  





Xəbər lenti