![](https://azvision.az/photos/21848946_1193186350826206_2051896923_n_1505737860.jpg)
Hazırda "DanceAbility" rəsmi olaraq Azərbaycanla yanaşı Avstriya,
Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. "DanceAbility" intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək müqabilində toplum, inklüzivlik və rifah qazanır. Dərslər hər bir kəsə
uyğundur. Peşəkar və həvəskar rəqqaslar, autizm və daun sindronumlu, nitq, görmə və eşitmə məhdudiyyətli, eləcə də serebral iflicli şəxslər, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün
müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər kəs bu dərslərə qatıla bilər.
Dərslər 18-30 sentyabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək və iştirakçıların birgə yekun performansı ilə başa çatacaq. Dərslərdə iştirak ödənişsizdir.
![](https://azvision.az/photos/21697908_1193186177492890_916431810_n_1505737838.jpg)
Əlaqə üçün: [email protected]
Tel: 051 415 16 85
AzVision.az