Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək
![Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək](https://azvision.az/photos/world-car-free-day-e1444466320398-808x380_1505742113.jpg)
Veloyürüş sentyabrın 22-i, saat 17:00-da Azneft dairəsindən başlayıb Heydər Əliyev Mərkəzində başa çatacaq, orada isə tədbirimiz velosipedçi və skeytbordçuların şousu, uşaqlar üçün velosiped təlimləri, bilik müsabiqələri, hədiyyə və sürprizlərlə davam etdiriləcək.
Ümumdünya Avtomobilzsiz Günü atmosferə atılan tullantıların azaldılması üzrə kampaniya çərçivəsində IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilir.
AzVision.az
Teqlər: Veloyürüş