ANAMA-dan
AzVision.az-a daxil olan məlumata əsasən, sentyabrın 18-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 otlaq sahəsinə və 1 həyətyanı sahəyə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 386 ədəd partlamamış hərbi sursat (PHS), 76 ədəd partlamış-yanmış mərmi qalıqları və 941 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 166 000 kv.m (16.60 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 23 gün ərzində 6 608 ədəd partlamamış hərbi sursat (PHS), 3 594 ədəd partlamış-yanmış sursat qalıqları və 9 476 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 328 738 kv.m (3 632.87 ha) ərazi yoxlanılıb.
AzVision.az