Bu gün 36 dərəcə isti olacaq

  20 Sentyabr 2017    Oxunub : 332
Bu gün 36 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

AzVision.az

Teqlər: Hava   İsti