Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.