Xaçmazdakı meşə yanğını söndürülüb - Yenilənib
![Xaçmazdakı meşə yanğını söndürülüb - Yenilənib Xaçmazdakı meşə yanğını söndürülüb - Yenilənib](https://azvision.az/photos/publ669_1505915870.jpg)
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
(18:05)
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
AzVision.az