Sumqayıtda toyda 11 nəfərin telefonu oğurlanıb
![Sumqayıtda toyda 11 nəfərin telefonu oğurlanıb Sumqayıtda toyda 11 nəfərin telefonu oğurlanıb](https://azvision.az/photos/0d5f1e8b95398a01872fe6303517a688_1506001674.jpg)
E.Ələkbərov oğurladığı mobil telefonların bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Elman Ələkbərovun bu qanunsuz əməlləri şadlıq evlərinin müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sumqayıt ŞPİ-nə və 1-ci PB-nə müraciət edə bilərlər.
AzVision.az