AzTV rəhbərini öldürmək istəyən şəxs həbs edilib

AzTV rəhbərini öldürmək istəyən şəxs həbs edilib
  22 Sentyabr 2017    Oxunub:3990
Şücayət Əkbərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilir.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, ittihama görə, 2017-ci ilin yanvarından həbsdə olan Ş.Əkbərov sui-qəsdlə yanaşı A.Alışanovun 4 milyon 641 min manatını ələ keçirib.

Şücayət Əkbərov isə həm Alışanovu öldürmək istəməsi, həm də onun pulunu ələ keçirməsi haqda ittihamları rədd edib. Bu ittiham başqa icraatda araşdırılır.

Təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səlimə Sadıqova da əmlaklarının zorla əllərindən alınması ilə əlaqədar məhkəmədə iddia qaldırıb.

İddiaya Nərimanov Rayon Məhkəməsində hakim Ramil Quliyev baxır. Cavabdeh qismində isə Alışanovun bacısı qızı Nilüfər Cəfərova və AzTV işçisi Camal Nəbiyev tanınıb.

Məhkəmənin hazırlıq iclasında hakim iddianı təminetmə tədbiri kimi mübahisəli əmlakın (Səlimə Sadıqovanın əllərindən alınaraq Alışanovun bacısı qızının mülkiyyətinə keçirildiyini iddia etdiyi əmlak), üzərinə həbs qoyulması haqda qərardad çıxarıb. Cavabdeh tərəf bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsində iddiaya baxılması apellyasiya şikayətinin nəticəsi bəlli olana qədər təxirə salınıb.

Cavabdeh tərəfin nümayəndəsi bir sıra məhkəmə işlərində, o cümlədən telejurnalist Qulu Məhərrəmli ilə çəkişmədə şəxsən Arif Alışanovun vəkili olan Zaur Abbasovdur.

Səlimə Sadıqova iddia ərizəsində yazıb ki, Şücayət Əkbərovla boşanandan sonra əmlakın bir hissəsi qanuni yolla ona verilib, Şücayətin həbsindən sonra isə əmlaklarını da əlindən alıblar.

AzVision.az


Teqlər: AzTV   Həbs  





Xəbər lenti