Bərdədə 4 nəfər evə basqın edib
![Bərdədə 4 nəfər evə basqın edib Bərdədə 4 nəfər evə basqın edib](https://azvision.az/photos/59669_41477034061_1506065035.jpg)
Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefonunu aparıblar.
Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.
AzVision.az