Ana və uşaqlar arasında ölüm halları azalıb
O bildirib ki, dünyada gender və qadın sağlamlığı ilə bağlı çağırışlar edilir, lakin bəzi hallarda qadınlar və qızlar çətinliklə üzləşirlər: “Cinsi amilə görə abortların aparılması hələ də problem olaraq qalır. Bəzi ölkələrdə cinsi amilə görə abortların baş verməsi çox yayılmış hallardan biridir. Qadın sağlamlığı, gender bərabərliyi istiqamətində qanunvericiliyin qəbul edilməsi ilə kifayətlənməməliyik, onun həyata keçirilməsinə baxmalıyıq. Bu sahədə reproduktivlik sağlamlıq məsələsi kifayət qədər vacib məsələdir. Qadınların öz təhsillərini yaxşılaşdırması, karyera qurması, cəmiyyətdə yerini tutması vacibdir. Bu sahədə Azərbaycan höküməti, parlamenti işini davam etdirməli, qanunvericliyi təkmilləşdirməlidir. Reproduktivlik sağlamlıq haqqında qanunun qəbul edilməsi çox vacibdir. 15-16 yaşlı qızlar arasında reproduktivlik sağlamlıqla bağlı tədbirlərin gücləndirilməsi gündəlikdə vacib yer tutmalıdır. Qadınlar, gənc qızlar cəmiyyətin vacib hissəsidir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Milli-Məclis İclas