“Beşmərtəbə”dəki qəzanın təfərrüatları məlum oldu - Yenilənib

“Beşmərtəbə”dəki qəzanın təfərrüatları məlum oldu - Yenilənib
  23 Sentyabr 2017    Oxunub:4508
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın "Beşmərtəbə" adlanan ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, hadisə şahidlərinin sözlərinə görə, yolu piyadaların keçməsi üçün qadağan edilən yerdən keçmək istəyən piyada Piriyev Elxan Eynulla oğlunu naməlum minik avtomobili vurub.

Daha sonra piyada yolda saat 30/km surətlə hərəkət edən avtobusa dəyərək yerə yıxılıb.

***
(19:28)

Bakının mərkəzi küçəsində sərnişin avtobusu piyadanı vurub.

AzVision.az xəbər verir ki, hadisə paytaxtın "Beşmərtə" adlanan ərazisində baş verib.

Məlumata görə, 65 nömrəli sərnişin avtobusu qadağan olunmuş yerdən yolu keçmək istəyən 20-25 yaşlı oğlanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avtobus   Qəza   Piyada  





Xəbər lenti