"Mazımçay"da narkotik əməliyyatı

"Mazımçay"da narkotik əməliyyatı
  23 Sentyabr 2017    Oxunub:1492
Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.
DGK-dan AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi, təqribən, 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az




Teqlər: DİN  





Xəbər lenti