Sentyabrın 17-də Bakı sakini Xeybər Hüseynova məxsus 4 baş qoyun oğurlanıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mais Əliyev, Əli Quliyev və Rəfayel Göyçayev tutulublar.