Şəkidə 40 yaşlı qadını ilan sancıb - Video
![Şəkidə 40 yaşlı qadını ilan sancıb - Video Şəkidə 40 yaşlı qadını ilan sancıb - Video](https://azvision.az/photos/ilan-1_1506166069.jpg)
AzVision.az ARB-yə istinadən xəbər verir ki, onun dediyinə görə yaşadığı kənddə böyürtkən yığarkən qəfildən ilan sağ ayağının baldır nahiyəsindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məkkə Əmrahovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.
Məkkə Əmrahova – Zərərçəkən: “Böyürtkən yığanda ilan sancdı. Özüm ilanı öldürüb, özüm acı qanımı axıtmışam. Axşam şişdi. Yoldaşım gətirdi”. Vəziyyətinin orta-stabil olduğu bildirilir.
AzVision.az