Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb
  24 Sentyabr 2017    Oxunub:1911
Masallıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Masallı rayonu, Ərkivan kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Masallı   Yanğın  





Xəbər lenti