13 yaşlı məktəblini evdən qaçıran səbəb: “Polisləri görəndə qorxdum...”
![13 yaşlı məktəblini evdən qaçıran səbəb: “Polisləri görəndə qorxdum...” 13 yaşlı məktəblini evdən qaçıran səbəb: “Polisləri görəndə qorxdum...”](https://azvision.az/photos/itkn-dusub_1506079867_1506283952_1506330102.jpg)
“Biz Ülvi itkin düşən gün şübhə elədik ki, o, bu istəklərini reallaşdırmaq üçün gedib. Lakin hava qaralanda artıq atası da, mən də qorxmağa başladıq. Həyətə, evə çoxlu adam yığılmışdı. Polis maşını da gəlmişdi. Ülvi tapılandan sonra dedi ki, həyətdə polis maşınlarını görüb qorxub və bu səbəbdən evə gələ bilməyib. Sonrakı günlərdə də gəlib evə baxırmış, həyacandan içəri girə bilməyib”.
P.Cəfərova bildirib ki, oğlu 4 gün ərzində evlərinə yaxın yarımtikilidə qalıb: “Ülvinin üstündə həmişə pul olur. Atası onu pulsuz qoymur. Pul yığıb özünə kompüter almaq istəyirdi. Üstündə pul olduğu üçün 4 gün mağazadan ərzaq alıb yeyib. Ülvini sinif yoldaşının anası tapıb. Oğluna deyib ki, onu tut, qaçmasın. Sonra mənə zəng etdilər, gedib Ülvini evə gətirdik”.
P.Cəfərova oğlunun qaçırılması ehtimalını qəbul etmədiyini deyib: “Onu heç kim qaçırmayıb. Həmin yerdə tək olub. Biz də üstünə çox getmirik. Hazırda səhhəti normaldır. Amma gələndə ac və halsız idi. İndi hər şey qaydasındadır”.
Aytən Zəhra
AzVision.az