Polis qəzada ölən qadının yaxınlarını axtarır
![Polis qəzada ölən qadının yaxınlarını axtarır Polis qəzada ölən qadının yaxınlarını axtarır](https://azvision.az/photos/meyid_qadin_2700917_1506517790.jpg)
Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahizarov Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.
Həmin qadının xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
AzVision.az
Teqlər: DİN