AzVision.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonuunda ümumi sahəsi 30 m2 olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və yaxınlıqda olan digər ümumi sahəsi 90 m2 olan birmərtəbəli 6 otaqlı evin çardağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.