Bakıda soyğunçuluq edən şəxs tutulub - Foto
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları həyata keçirilib. Qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs qısa zamanda zərərsizləşdirilib.
Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.
AzVision.az
Teqlər: DİN