Bu günün hava proqnozu
![Bu günün hava proqnozu Bu günün hava proqnozu](https://azvision.az/photos/1_1506587296_1506674711_1506748825.jpg)
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava