İlham Əliyevə çempion kəmərləri hədiyyə edildi - FOTOLAR

İlham Əliyevə çempion kəmərləri hədiyyə edildi - FOTOLAR
  03 Oktyabr 2017    Oxunub:7854
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib.

AzVision.az-ın xəbərinə görə, nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.

İdmanın boks növünə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görüşdə xatirə hədiyyəsi olaraq WBC çempion kəmərləri təqdim edilib.
Sonda xatirə şəkilləri çəkdirilib.







AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti