İcra başçısı bildirib ki, Lahıca hər gələn turist 3 manat xərcləsə, bu, orta hesabla gündəlik 15-20 min manat edir: “Elə vaxt olur ki, bu rəqəm daha çox olur. Lahıcın xüsusi inkişaf planı olmalıdır. Bu, Azərbaycanda qədim sənətkarlığı qorumaq üçün lazımdır. Lahıcda 400 nəfərlik yeni məktəb tikilir. Vaxtilə Lahıcın 15-20 min əhalisi olub. Hazırda 3 minə yaxın əhalisi var. İldə 100 minə yaxın turist bura səfər edir”.
Anar Kəlbiyev