“Müşfiq Mədətov qardaşım deyil” - Tanınmış prodüsser

Bunu AzVision.az-a Müşfiq Mədətovun yaxın qohumu olan tanınmış prodüsser Anar Mədətov deyib.
“Müşfiq mənim əmim oğludur, qardaşım deyil. Jurnalistlər bu məsələdə diqqətli olsunlar”.
Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi olmuş Müşfiq Mədətov oktyabrın 14-də “İçərişəhər” stansiyasının yaxınlığında silahlı hücuma məruz qalıb. Bir qrup şəxs bıçağın dəstəyi ilə ona xəsarət yetiriblər. Cinayətkarların tutulması üçün keçirilən əməliyyat zamanı atışma olub. Silahlı insident nəticəsində polis rəisinin müavini yaralanıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Müşfiq-Mədətov