Bakıda şirkət rəhbəri özünü asıb - Bir gündə 3 intihar

Oxşar hadisə Xəzər rayon Buzovna qəsəbəsində də baş verib. 1965-ci il təvəllüdlü Şıxəliyeva Arifə Əlabbas qızı özünü yaşadığı evdə asıb. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Digər hadisə Səbail rayonunda baş verib. Belə ki, rayonun Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib.
Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil. Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
AzVision.az
Teqlər: İntihar