Bakının 2 rayonu susuz qaldı

Bakının 2 rayonu susuz qaldı
  17 Oktyabr 2017    Oxunub:1509
Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"500 mm-lik magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir" - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti