Bakıda oğurluq edən şəxslər tutulub

Bundan başqa Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Bakı şəhər sakini Rəşad Əbdülrəhmanovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məlikov tutulub.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 7-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Yusifov saxlanılıb.
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul ayı ərzində rayon ərazisində 2 avtomobildən 40 manat pul, məişət əşyası və sənəd oğurlaması müəyyən edilib.
AzVision.az
Teqlər: DİN