76 yaşlı qadın faciəvi şəkildə ölüb - VİDEO

Bu zaman arxaya hərəkət edərkən əyləcdə nasazlıq yaranıb. Nəticədə 76 yaşlı qadın yük maşını ilə həyətdəki su çəninin dirəkləri arasında sıxılaraq qalıb. O aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Əlisəfa Əliyev- Mərhumun qohumu: “Maşın təpəyə çıxa bilmədi. Sürücü saxlaya bilmədi, əyləc tutmadı sürüşdü. Mən də bilmirdim ki, əmimin gəlini burada ot bağlayır. Gördüm ki, qız qışqırır ki, nənə, nənə. Gəldim ki, keçinib”. Əraziyə hüquq-muhafizə orqanları cəlb olunub. Hazırda fakt araşdırılır.
AzVision.az
Teqlər: Masallı