“Geostorm” - IMAX-da eksklüziv press-nümayiş baş tutub – Treyler

  19 Oktyabr 2017    Oxunub : 529
“Geostorm” - IMAX-da eksklüziv press-nümayiş baş tutub – Treyler

18 oktyabrda premyeradan bir gün öncə Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutub.

AzVision.az tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak edib.

Filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara ifa edib.

Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.
Maraqlı faktlardan biri isə odur ki, layihə ilə öncədən Paramount Pictures məşğul olmuşdur, daha sonra isə bu iş Warner Bros həvalə olunub.



Filmin sinopisisi

Planetimizin düçar olduğu bir sıra təbii fəlakətlrədən sonra dünyanın aparıcı liderləri təbii fəlakətlərin qarşısını almaq üçün iqlimə nəzarət edəcək orbital peykin çoxşaxəli şəbəkəsini yaratmaq məqsədi ilə güclərini birləşdirir. Lakin nəyisə sıradan çıxır – Yerin müdafiəsi üçün qurulmuş sistem artıq onun üçün təhlükə doğurur. Geostorm Yer üzündən bütün canlıları silənə kimi real təhlükəni aşkar etmək üçün əsl mübarizə başlayır.

Qeyd edək ki, film Park Cinema kinoteatrlar şəbəkəsinin geniş ekranlarında 20 oktyabr tarixindən etibarən nümayiş olunacaqdır. Biletlər parkcinema.az saytında və kinoteatrın kassalarında artıq satışdadır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Park-Cinema