Şəmkirdə 17 yaşlı oğlan bacısına görə qətl törədib

  20 Oktyabr 2017    Oxunub : 1151
Şəmkirdə 17 yaşlı oğlan bacısına görə qətl törədib

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

AzVision.az "Report"-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az

Teqlər: Şəmkir   Qətl