AZAL-ın idarə rəisi dünyasını dəyişib

  24 Oktyabr 2017    Oxunub : 4108
AZAL-ın idarə rəisi dünyasını dəyişib

Azərbaycan Milli Aviasiya Akademiyasının “Aeronaviqasiya” kafedrasının müdiri Valeri Zeynatdinoviç Sultanov vəfat edib.

AzVision.az xəbər verir ki, V.Z.Sultanov əmək fəaliyyətinə 1972-ci ildən başlayıb.

O, Kirovoqrad (Ukrayna) uçuş məktəbini və Sankt-Peterburq (Rusiya) Mülki Akademiyasının “Hava gəmilərinin uçuş istismarı və havada hərəkətin idarə edilməsi” ixtisasını bitirib. Kafedra müdiri olmaqla yanaşı Valeri Sultanov “Aərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsinin direktoru vəzifəsində də çalışıb.

AzVision.az

Teqlər: Akademiya   Kafedra-müdiri