SABAH qrupunun 115 məzunu xaricdə oxuyur

SABAH qrupunun 115 məzunu xaricdə oxuyur
  24 Oktyabr 2017    Oxunub:1571
“Elmi kadrların yetişdirilməsi işində xaricdə təhsil də böyük rol oynayır”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun szölərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 təqaüd ayrılıb:

“Təqaüdlərin 63%-i məhz magistratura və doktorantura səviyyələrində təhsil alan gənclərimizə verilib. Onlardan 1534 nəfəri magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb. Bu o deməkdir ki, həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhvlər verəcəklər”.

Mikayıl Cabbarov qeyd edib ki, nazirliyin təşəbbüsü ilə yaradılan SABAH qruplarının 2017-ci ildə ilk buraxılışı olmub: “Bakalavr səviyyəsini bitirən 720 nəfər SABAH məzunlarının 50 faizindən çoxu ölkəmizin, o cümlədən 115 məzun dünyanın aparıcı universitetlərinin magistraturasına qəbul olublar. Əminik ki, SABAH məzunları Azərbaycan elminin gəncləşməsinə öz töhvələrini verəcəklər”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Mikayıl-Cabbarov   SABAH  





Xəbər lenti