Qubada 3 evdən oğurluq edən şəxs tutuldu

Oğurluq etməkdə şübhəli bilinən kənd sakini Sahil Mursalovu saxlanılıb və o, əməlini etiraf edib.
Onun oktyabrın 20-dən 24-dək olan müddətdə kənd ərazisindəki daha 3 evdən ümumilikdə 3 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 2 mobil telefon oğurladığı da müəyyən edilib.
Oğurlanan qızıl zinət əşyaları, pul, təqaüd kartı və mobil telefonlar S.Mursalovun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
AzVision.az
Teqlər: DİN