Şəmkirdə 21 yaşlı qız intihar etdi - Qardaşı sevdiyi oğlanı öldürüb

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb.
A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda ölümündə heç kimin günahkar olmadığını qeyd edib.
O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu, Zəyəm qəsəbə sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədovu bacısı ilə yaxın münasibətlərdə olduğu üçün öldürüb.
AzVision.az