“Papanin” və “Kubinka”da köhnə tikililər söküləcək - VİDEO

“Papanin” və “Kubinka”da köhnə tikililər söküləcək - VİDEO
  28 Oktyabr 2017    Oxunub:15397
Nəsimi rayonunda pilot layihə çərçivəsində geniş ərazidə söküntü işlərinə başlanılıb.
Rayonun "Papanin" və "Kubinka" adlanan ərazilərində bütün köhnə tikililər söküləcək. Evləri sökülən 50 minə qədər sakin isə yeni binalar tikiləndən sonra müasir mənzillərə sahib olacaq.

Köhnə binaların yeniləri ilə əvəzlənməsini sakinlər də onların həyat şəraitini yaxşılaşdıracaq önəmli yenilik hesab edirlər.

Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov "Xəzər Xəbər"ə bildirib ki, söküntü işləri Nəsimi rayonunun bir neçə hissəsində aparılır.

Nəsimi rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, sahibkarların da yeni binaların inşasına marağı böyükdür və bunun üçün çoxsaylı müraciətlər var.

Paytaxtda istismara yararsız binaların sökülərək yerində müasir binaların inşası və həmin binalardan orada yaşayan sakinlərə yeni mənzillərin verilməsi layihəsi dövlət başçısının göstərişi əsasında həyata keçirilir. Söküntü işləri zamanı ərazidə yaşayan sakinlərin yeni bina hazır olanadək bütün kirayə haqları dövlət tərəfindən qarşılanır.



AzVision.az


Teqlər: Kubinka   Papanin  





Xəbər lenti